Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2024 , 23:47

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ağcabədi bələdiyyələri torpaq satışını 55.6 faiz artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Ağcabədi rayonunda formalaşan 41 bələdiyyənin büdcə gəliri 623.400 manat olub. Bu 2022-ci llə müqayisədə 5.2 faiz artım  deməkdir.  Əldə edilən gəlirin 23.3 faizi vergilərdən, 76.7 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 21.4 faizi torpaq, 2.2 faizi əmlak vergisindən daxil olub.

Ağcabədi bələdiyyələrinin büdcə gəlirinin 61 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Ağcabədi bələdiyyələri ötən il 97.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 55.6 faiz çox deməkdir.  İl ərzində Ağcabədi bələdiyyələrinə 86.000 manat dotasiya ayrılıb. icarə haqqlarından bələdiyyə büdcəsinə 306.200 manat və ya 52.7 fazi artıq vəsait idail olub.  Bu rüsum növü ümumi büdcə gəlirinin 51.7 təşkil edib

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə 600 manat maliyyə vəsaiti daxil olub. Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  avtodayanacaqlardan, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər